Dünyanın ən varlı adamlarının bu il itirdikləri MƏBLƏĞ

Dünyanın ən varlı adamlarının bu il itirdikləri MƏBLƏĞ

Hazırda oxunan: Dünyanın ən varlı adamlarının bu il itirdikləri MƏBLƏĞ

111260

Dünyanın ən varlı adamlarının sərvəti 2022-ci ildə 1,9 trilyon dollar azalıb. 

Bizim.Media “Forbes” jurnalına istinadən xəbər verir ki, onların ümumi kapitalı təxminən 12 ayda 13,8 trilyon dollardan 11,9 trilyon dollara qədər azalıb. 

“2022-ci ildə dünya üzrə milyarderlər 1,9 trilyon dollar itiriblər. Dekabrın 9-na olan məlumata görə, onların ümumi sərvəti 13,8 trilyon dollardan 11,9 trilyon dollara düşüb. Milyarderlərin sayı da 2671 nəfərdən 2523 nəfərədək azalıb”, - deyə məlumatda qeyd olunur. 

Texnologiya milyarderləri isə birlikdə 2022-ci ildə 1 trilyon dollardan çox vəsait itirib.

“Amazon”un qurucusu Ceff Bezos şirkətinin səhmlərinin dəyərinin təxminən 50% azalması səbəbindən 80 milyard dollardan çox itirib. “Google”un əsas şirkəti “Alphabet” transmilli korporasiyasının həmtəsisçiləri Larri Peyc və Sergey Brin 40 milyard dollardan çox vəsait itkisi ilə üzləşiblər. 
Dekabrın 21-də “Bloomberg” xəbər verib ki, amerikalı iş adamı, “Tesla”, “SpaceX” və Tvitter şirkətlərinin rəhbəri İlon Maskın itkiləri 2022-ci ildə 122,6 milyard dollara çatıb. Bu isə milyarderin 2021-ci ildə qazandığı məbləğdən çoxdur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO