Bir-birinə qovuşan Suada ilə Kristoferin Malibudaki romantik anları - FOTO  

Bir-birinə qovuşan Suada ilə Kristoferin Malibudaki romantik anları - FOTO  

Hazırda oxunan: Bir-birinə qovuşan Suada ilə Kristoferin Malibudaki romantik anları - FOTO  

111246

Xəbər verdiyimiz kimi, Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini pianoçu Suada Hacızadə viza aldıqdan sonra ABŞ-a, həyat yoldaşı Kristoferin yanına yollanıb.  

Bizim.Media xəbər verir ki, musiqiçi əri ilə birlikdə Malibuda çəkilən görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Vizaya görə uzun müddətdir bir-birindən ayrı düşən məşhur cütlük qovuşmalarını qucaqlaşıb, öpüşərək qeyd ediblər. Aşiqlərin romantik anları şəkillərdə də öz əksini tapıb.  
Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub.  

Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. Suada viza ala bilmədiyi üçün həyat yoldaşından ayrı qaldığını, ABŞ-a gedə bilmədiyini bildirib. Onlar ailə qurduqdan sonra Avropanın bir sıra ölkələrində görüşüblər.    

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO