Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılmasının məqsədi açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu gün Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini muxtar respublikanın ictimaiyyətinə təqdim edib.
MÖVZU İLƏ BAĞLI:
Fuad Nəcəfli Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi TƏYİN EDİLDİ
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır.
Bizim.Media