“Laçın yolundakı aksiyamızı lağa qoymaq xainlikdir” – Razi Nurullayev

“Laçın yolundakı aksiyamızı lağa qoymaq xainlikdir” – Razi Nurullayev

Hazırda oxunan: “Laçın yolundakı aksiyamızı lağa qoymaq xainlikdir” – Razi Nurullayev

111205

“Rusiyanın bir sıra ictimai-siyasi və media dairələrindən ölkəmizə yönəlik təxribatlara yol verilir. Biri Bakıya raket zərbələri endirməyi, biri haqq-hesab çəkməyi, o birisi hədə-qorxu gəlir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında milət vəkili Razi Nurullayev səsləndirib.

“Bunlar başa düşmürlər ki, danışıq və ümid qapısı Türkiyə və Azərbaycandır. Başa düşmürlər ki, bu ilin fevral ayında Azərbaycan və Rusiya prezidentləri arasında 43 maddədən ibarət müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməsi imzalanıb. Bunların müttəfiqliyə münasibəti belədirsə, biz onlara necə güvənək? Rus jurnalisti təəccüblənir ki, Bakı pəncərələrində Türkiyə və Pakistan bayrağı var, niyə bir dənə də olsun rus bayrağı yoxdur? Bu suala cavab hər kəsə aydındır, sualı verən rus jurnalistinə də.

Biz müttəfiqlik bəyannaməsinə xələl gətirən, açıq-aşkar terrora və kütləvi insan tələfatına aparan çağırışlar edən Rusiyanın vəzifəli, ictimai və media şəxslərinə qarşı Rusiya dövləti tərəfindən daha təsirli tədbirlərin görülməsini tələb edirik”, - deyə deputat əlavə edib.

Razi Nurullayev bildirib ki, bir çox ölkələr hələ də qəsdən Dağlıq-Qarabağ ifadəsinə yol verir:

“Hansı ölkə olmasından asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşan və Azərbaycan adlarını təhrif edən ölkələrə nota verilməsini təklif edirəm”. 

Deputat Laçın yolundakı aksiyanın əleyhinə fikirlər səsləndirənləri də sərt tənqid edib:

“İlahi, ölkəmizdə nə qədər xain varmış. Vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda aksiyasını lağa qoyur, ermənilərin yönündən işıqlandırır, erməni separatçılara sətiraltı, bəzən isə açıq-aydın dəstək ifadə edirlər. Bu xainlikdir. İmkan verilsə, yüz minlərlə insan o yolu iflic edər. Separatçıların xainliyi nəticəsində yaxınlarını itirən ailələrin yarası hələ də istidir. Kimin nə cürəti var ki, bizi qınasın? 
Mən bu tip ictimai çəkili şəxslərin, vətəndaşların və digərlərinin ciddi şəkildə istintaqa cəlb edilməsini və barələrində araşdırmaların aparılmasını tələb edirəm. Biz Birinci Qarabağ müharibəsində 25 min, ikincidə 3100 şəhid vermədik ki, düşmən qüvvələrə satılmışlar onların ruhunu təhqir etsin. Çox şeydə güzəşt olar, amma, vətəni, torpağı, ölkəni satmaq, onun üzərində karyera qurmaq, pul qazanmaq istəyənlərə, şəxsi incikliyinin qisasını Ermənistana qahmar çıxmaqla Azərbaycan dövlətindən almaq cəhdinə isə güzəşt olmaz. Olarsa, əlimizdən torpaq gedər, vətən gedər”.

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO