Vəndam məktəbliləri üçün infotur təşkil edilib - FOTO 

Vəndam məktəbliləri üçün infotur təşkil edilib - FOTO 

Hazırda oxunan: Vəndam məktəbliləri üçün infotur təşkil edilib - FOTO 

111159

Qəbələ rayonu Vəndam qəsəbəsinin 1 nömrəli tam orta məktəbinin “İnformasiya texnologiyaları” və “Qənnadçı köməkçisi” ixtisasını seçmiş peşə təmayüllü sinifləri üçün infotur həyata keçirilib. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna 1 nömrəli tam orta məktəbdən məlumat verilib.

Bildirilir ki, Peşə təhsil mərkəzinin mühəndis-pedaqoji heyəti tərəfindən həyata keçirilən master-klasslarda iştirak edən şagirdlər, Mərkəzin “Qənnadçı, şirniyyatçı” ixtisasında təhsil alan tələbələrin hazırladıqları şirniyyatların dadına baxmaq imkanı qazanıblar.  
Şagirdlər yüksək texniki peşə qruplarından olan “Veb dizayn və proqram təminatı” və “Kompüter sistemlərində proqramlaşdırma” dərslərində iştirak edib, həmçinin Mərkəzin ərazisi ilə tanış olublar.  

İnfoturlar iştirakçılarına peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə perspektivləri üzrə ərtaflı məlumat verilib. 

Şagird və müəllimlər infoturda iştiraklarından məmnunluqlarını, belə tədbirlərin zəruriliyini ifadə edib. 

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO