Futbol üzrə Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Estoniyaya qarşı keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.
Bizim.Media Estoniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 2023-cü il oktyabrın 13-də Tallindəki "Le Kok Arena"da oynanılacaq.
Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, F qrupunda Azərbaycan və Estoniya yığmaları ilə yanaşı, Belçika və Avstriya kollektivləri də yer alıb. Canni de Byazinin rəhbərlik etdiyi milli komanda qrupda ilk oyununu martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.
Bizim.Media
![Futbol üzrə millimiz Estoniya ilə bu stadionda OYNAYACAQ Futbol üzrə millimiz Estoniya ilə bu stadionda OYNAYACAQ](https://bizim.media/file/articles/2022/12/22/1671722603_63a46b531e22463a46b531e225167171976363a46b531e22263a46b531e223.jpg)
- A-
- A
- A+
İdman
19:22 / 22.12.2022
Futbol üzrə millimiz Estoniya ilə bu stadionda OYNAYACAQ
Hazırda oxunan: Futbol üzrə millimiz Estoniya ilə bu stadionda OYNAYACAQ
Hazırda oxunan: Futbol üzrə millimiz Estoniya ilə bu stadionda OYNAYACAQ
111112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.