Rasim Balayev ittifaqların birləşdirilməsini istəyir – Bəs, kim mane olur? 

Rasim Balayev ittifaqların birləşdirilməsini istəyir – Bəs, kim mane olur? 

Hazırda oxunan: Rasim Balayev ittifaqların birləşdirilməsini istəyir – Bəs, kim mane olur? 

111010

Ölkəmizdə iki Kinematoqrafçılar İttifaqı var. Onlardan biri, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, iki gün öncə növbəti konfransını keçirərək Xalq artisti Şəfiqə Məmmədovanı yenidən özünə sədr seçib.

Diğər İttifaqın sədri isə Xalq artisti Rasim Balayevdir. Kino sənayesinin durğunluq keçirdiyi bir vaxtda 2 İttifaqın olması heç bir məntiqə sığmır.
Qəribə burasıdır ki, hər iki İttifaq dövlət büdcəsindən maliyyələşir. Ona görə də kino yaradıcılığı ən aşağı səviyyədə olan bir ölkədə dövlət vəsaiti hesabına 2 qurumun saxlanılması heç cür anlaşılan deyil.

Bəs, mütəxəssislər nə düşünür?

İlk həmsöhbətimiz Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev oldu.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, mən də düşünürəm ki, iki İttifaqın olması yaxşı hal deyil:

“Dəfələrlə demişəm və yenə də mən öz fikrimdə qalıram. Azərbaycanda fəaliyyət göstərən iki eyni qurum – Azərbaycan Kinematoqrafçılar İttifaqı birləşdirilməlidir. Onsuz da gec-tez bu qurumlar birləşəcək. Bunun başqa yolu yoxdur”.

Xalq artisti Əbdül Mahmudov isə məsələyə başqa cür yanaşır:

“Balaca ölkəyik, 5-10 nəfər kinoçəkən var. Ona görə də iki dənə İttifaqın olması qəbuledilməzdir. Hər ikisi də özfəaliyyətlə məşğuldur. Kinoya onların heç bir aidiyyatı yoxdur. Bu sovetlərdən qalma bir təşkilatdır.
Dünyanın kino sahəsində inkişaf etmiş ölkələrinin heç birində belə bir qurum yoxdur. Ona görə də hər iki İttifaq ləğv olunmalıdır. Əvəzində Cəfər Cabbarlı adına Kinostudiyanın səlahiyyətləri artırılmalıdır. Çünki, kino çəkənlərin çoxu ordadır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO