İngiltərə diş həkimi böhranı ilə üz-üzə

İngiltərə diş həkimi böhranı ilə üz-üzə

Hazırda oxunan: İngiltərə diş həkimi böhranı ilə üz-üzə

11086

İngiltərədə Brexit və COVID-19 məhdudiyyətləri səbəbiylə Avropa Birliyi vətəndaşı diş həkimlərinin ölkəni tərk etməyə başlayıb. Bunun nəticəsində isə diş müalicəsi ilə bağlı çətinliklər təhlükəli həddə çatıb.
 

Healthwatch-un verdiyi açıqlamaya görə, İngiltərənin hər yerində insanlar diş müalicəsi üçün Milli Səhiyyə Xidmətinə (NHS) müraciət edirlər, lakin onlara heç bir cavab verilmir.


Müalicələrlə bağlı müraciətlərdə və şikayətlərdə isə 452%-lik artım olduğu qeyd olunur.

 

MÖVZU İLƏ BAĞLI:

İngiltərədə nüvə bunkeri hərraca çıxarıldı - FOTO


Açıqlamada, xəstələrin diş müalicəsi ala bilməməsinin ağız xərçəngi riskinin artmasına səbəb ola biləcəyi və bunun ölkənin yaxın gələcəkdə stomatoloq böhranı ilə üzləşmə riskini artırdığı vurğulanıb.

Ölkədə diş həkimlərinin azlığı səbəbi ilə vətəndaşlara müalicə yerinə dişlərinin çıxarılması məsləhət görülür. 

"Brexitin nəticələri üzə çıxır" deyə qeyd edən İngiltərə Stomatoloqlar Dərnəyinin prezidenti Neil Carmichael, pandemiya böhranının müalicəyə ilə bağlı problemini daha da artırdığını bildirib.

 

Onun sözlərinə görə, "Bizim bu sahədə böyük problemlərimiz var və bu COVID-19 ilə daha da artacaq. Diş məktəblərinin sayının iki dəfəyə qədər artırmaq lazımdır. Çünki bu günə qədər diş həkimləri Avropadan gəlirdi".


"İndi isə onlardan bəziləri geri qayıdıb və bir çoxu artıq buraya gəlmir, buna görə diş həkimlərinin sərbəst fəaliyyəti və iş icazəsi problemlərinin aradan qaldırılması üçün mühüm işlər görülməldir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO