"ABŞ iranlıların internetə çıxışını asanlaşdırmağa hazırdır" - Dövlət Departamenti 

Hazırda oxunan: "ABŞ iranlıların internetə çıxışını asanlaşdırmağa hazırdır" - Dövlət Departamenti 

110829

“İran xalqının internet probleminin həlli üçün özəl şirkətlər və digər dövlətlərlə əməkdaşlıq etməyə hazırıq”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında deyib. 

“Əgər özəl sektorun texnologiya şirkətləri və hətta digər dövlətlər İran xalqının bir-biri ilə və xarici dünya ilə ünsiyyət qura bilmələrinə dair onlara daha çox kömək etmək üçün yaxşı təkliflər verərsə, biz təkliflərin həyata keçirilməsində onları dinləməyə və əməkdaşlıq etməyə hazırıq" - deyə Prays qeyd edib. 
O, Təranə Əlidusti və digər sənət adamlarının, jurnalistlərin, tələbələrin, idmançıların və insan haqları müdafiəçilərinin həbsini pisləyib və bunu İslam Respublikasının ikiüzlülük, qorxu yaratmaq və dinc nümayişləri yatırtmaq taktikası adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO