Tələbələrimizin iş tapması qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir - Nazir

Tələbələrimizin iş tapması qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir - Nazir

Hazırda oxunan: Tələbələrimizin iş tapması qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir - Nazir

110788

"Bu gün tələbələrimizin iş tapmağı qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir".

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Gələcəyə hazır ol!" Karyera İnkişaf Forumunda deyib.

Onun sözlərinə görə, özəl və dövlət sektoru ilə tələbə təcrübə proqramlarının dəfələrlə artırılmasına ehtiyac var:

“İlk növbədə əmək bazarı ilə bağlı şəxsi mülahizələrə deyil, elmi əsaslara söykənən araşdırmalara ehtiyac var. İkincisi, mühüm sualların cavabları bizim xoşumuza gəlsə də, gəlməsə də ona uyğun addımlar atmalıyıq. Üçüncüsü, özəl və dövlət sektorunda işə götürənlərlə ali təhsil müəssisələri arasında tələbə təcrübə proqramlarının sayını dəfələrlə artırmağa ehtiyac var. İşəgötürənlər karyera mərkəzi ilə yaxın işləsələr, biz də Nazirlik olaraq hər bir şəraiti yarada bilərik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO