Paytaxtda 166 marşrut avtobusu GECİKİR

Paytaxtda 166 marşrut avtobusu GECİKİR

Hazırda oxunan: Paytaxtda 166 marşrut avtobusu GECİKİR

110748

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 54 müntəzəm marşrut xətti üzrə 166 avtobusun hərəkət intervalında gecikmələr var.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Bizim.Media-ya verilən məlumata görə, gecikmələr əsasən aşağıdakı istiqamətlər üzrə müşahidə olunur:

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135, 130 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 15-21 dəqiqə gecikmə müşahidə olunur.

2. 3-cü mikrorayon dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 14-17 dəqiqədir.

3. Tbilisi prospekti – şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-16 dəqiqə gecikmə müşahidə olunur.

4. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M. K. Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-19 dəqiqə gecikmə müşahidə olunur.

5. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq. Bu səbəbdən həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-17 dəqiqə gecikmə müşahidə olunur.

6. Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqə gecikmə müşahidə olunur.
7. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küç, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125, 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 15-19 dəqiqə gecikmə müşahidə olunur.

8. Heydər Əliyev prospekti – şəhər istiqamətində 1, 2, 13, E1, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-19 dəqiqə gecikmə müşahidə olunur.

9. Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçələrinin kəsişməsindən keçən E1, 1, 2, 4, 10, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur.

10. Xocalı prospekti – Yusif Səfərov küçəsi - Heydər Əliyev pr istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqə gecikmə müşahidə olunur.

11. Aeroport şosesi –Koroğlu metrosu istiqamətində 204, Q1 ,160 ,62, 24 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-11 dəqiqə gecikmə müşahidə olunur.

12. Badamdar şosesi - Mikayıl Müşviq küçəsi - Parlament prospekti istiqamətində 3, 29, 31, 53, 206 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqə gecikmə müşahidə olunur.

13. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətdə sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqə gecikmə müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO