"Pedri və Qavi İnyesta ilə mənim 20 yaşımızdakından daha yaxşıdır" - Xavi 

Hazırda oxunan: "Pedri və Qavi İnyesta ilə mənim 20 yaşımızdakından daha yaxşıdır" - Xavi 

110736

"Barselona"nın baş məşqçisi Xavi Ernandes Kataloniya klubunun gənc futbolçuları haqda fikirlərini bölüşüb. 

Bizim.Media "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, istedadlı futbolçulara sahib olduqlarını bildirib:  

“Pedri və Qavi İnyesta ilə mənim 20 yaşımızdakından yaxşıdır. Onlar artıq qələbələrdə mühüm rol oynayırlar. Ansu Fatiyə gəlincə, o, mövsümün ikinci hissəsində daha faydalı olacaq. Biz onu yavaş-yavaş meydana buraxırıq. Qalan altı ayda ondan çox şey asılı olacaq". 
Qeyd edək ki, "Barselona" bu mövsüm la Liqada 14 matçda 37 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO