Aprel ayında dünya futbolunun ulduzu Kristiano Ronaldo və sevgilisi Corcina Rodrigez yeni doğulan övladlarının vəfat etdiyini açıqladılar.
Bizim.Media xəbər verir ki, səkkiz ay sonra Corcina “Elle” nəşrinə müsahibəsində bu acı mövzu haqqında söz açıb.
“Bu il həyatımın ən çətin ili oldu. Ən xoşbəxt an ən kədərli oldu və ömür boyu bizimlə qalacaq”, - deyə futbolçunun sevgilisi bildirib.
Bundan əlavə 37 yaşlı Corcina Kristiano ilə tanışlığından da danışıb:
“Biz bir-birimizə elə ilk baxışdan aşiq olduq. Onu ilk görəndə mənə elə gəldi ki, vaxt dayanıb. Mən hələ belə yaraşıqlı, bu qədər diqqətli kişi görməmişdim... Bu, gözlərimin gördüyü ən gözəl insandır. Bəli, mən dünyanın ən yaxşı futbolçusunun sevgilisiyəm, amma insanlar və bir çox qadın bundan alçaldıcı şəkildə istifadə etmək məcburiyyətində deyil.
Aydındır ki, onunla münasibət bir çox arzularımı həyata keçirməyə imkan verdi, amma həmişə, həm onunla görüşməzdən əvvəl, həm də sonra etdiyim hər şeyə eyni sevgimi, ehtirasımı verdim ... Təmizlikçi, satıcı və model kimi işlədiyim zaman”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
18:08 / 20.12.2022
Kristianonun sevgilisi: “Dünyanın ən yaxşı futbolçusunun sevgilisiyəm” - FOTO
Hazırda oxunan: Kristianonun sevgilisi: “Dünyanın ən yaxşı futbolçusunun sevgilisiyəm” - FOTO
Hazırda oxunan: Kristianonun sevgilisi: “Dünyanın ən yaxşı futbolçusunun sevgilisiyəm” - FOTO
110685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.