Tanınmış müğənni Səlim Müslümovun cinayət işi üzrə DİNDİRİLDİ

Tanınmış müğənni Səlim Müslümovun cinayət işi üzrə DİNDİRİLDİ

Hazırda oxunan: Tanınmış müğənni Səlim Müslümovun cinayət işi üzrə DİNDİRİLDİ

110644

Müğənni Dəniz Əsədova sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə dindirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Lent.az-a müğənni özü məlumat verib.

O qeyd edib ki, saxta əlillik düzəltmək adı ilə vətəndaşlardan pul alınması faktı üzrə istintaqın suallarını cavablandırıb:

“Heç bir günahım olmadan Səlim Müslümovun işinə görə məni istintaqa cəlb elədilər. Məni dələduzluqda ittiham edirdilər. Halbuki əlimdə sübutlarım da var idi ki, işi görən Rauf, Rüfət, Şahin və Eldəniz adlı həkimlər olub.

Bildirdim ki, mənə qarşı ittihamlar yalan və böhtandır. Adını çəkdiyim həkimlər tanıdığım adamlardan pul alıblar. Mənə qarşı ittihamlar sübuta yetirilmədi. Üç il bu işin üstündə vaxtımı aldılar, çox çək-çevir etdilər, həm mənəvi, həm maddi zərər vurdular.
O vaxtı çox imkanlı olmuşam, halal pulumu qazanmışam. Heç kim deyə bilməz ki, haram pul qazanıram. Əlimdə də kifayət qədər sübutlarım var. İstər səs yazıları, istərsə də yazışmalar. Sübutsuz heç vaxt addım atmaram. Bu gün də alnım açıq, üzüm ağdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO