İctimai nəqliyyatda davranış qaydalarını bilirikmi? – FOTO 

İctimai nəqliyyatda davranış qaydalarını bilirikmi? – FOTO 

Hazırda oxunan: İctimai nəqliyyatda davranış qaydalarını bilirikmi? – FOTO 

110571

Azərbaycanda “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhər 261 nömrəli tam orta məktəbdə ibdtidai sinif müəllimləri üçün yol hərəkəti qaydalarına aid  “Öyrənək, uşaqları da öyrədək” adlı maarifləndirici təlim keçirilib. 

Bizim.Media xəbər verir ki, təlimçi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Solmaz Qasımova olub. 

Təlimdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova, Mərkəzin əməkdaşları, 20 nəfər ibtidai sinif müəllimi, direktor müavinləri və şagirdlər iştirak edib.
İştirakçılara mövzu ilə bağlı videoçarx nümayiş olunub.  

Məqsəd “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək və yol hərəkəti qaydalarını təbliğ etməkdən ibarət olub.  

İştirakçı ibtidai sinif müəllimlərinə təlim zamanı “Öyrənək, uşaqları da öyrədək!” devizi altında “İctimai nəqliyyatda davranış qaydaları”, mövzularında təlim keçirilib.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təqdim olunan öyrədici çalışmaları iştirakçılar həvəslə yerinə yetirib. 

Yol hərəkəti qaydalarını uşaqlara oyun, sual-cavab, labirint, rebus, krossvord, pazl, rəngləmə materiallarından istifadə edilərək öyrədilməsi tövsiyə olunub, yol hərəkəti ilə bağlı görüləcək işlər müzakirə olunub. 
Sonda təlimlə bağlı sorğu keçirilib. Belə təlimlərin keçirilməsi arzu edilib.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO