Gəncədə 3 oğlu ilə birlikdə itkin düşən ana TAPILDI - TƏFƏRRÜAT

Gəncədə 3 oğlu ilə birlikdə itkin düşən ana TAPILDI - TƏFƏRRÜAT

Hazırda oxunan: Gəncədə 3 oğlu ilə birlikdə itkin düşən ana TAPILDI - TƏFƏRRÜAT

110532

Dekabr ayının 18-də Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Gülnar Mehdiyeva və övladlarının itkin düşməsi ilə bağlı məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxslərin yeri müəyyən olunub: “Gülnar Mehdiyeva izahatında yaşadığı evi özü tərk etdiyini bildirib və sonuncunun ailəsinə də məlumat verilib. Hazırda həmin şəxslər barəsində axtarış işi dayandırılıb”.

09.35***

Gəncədə ana 3 övladı ilə birlikdə itkin düşüb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Gülnar Mehdiyeva övladları - 2007-ci il təvəllüdlü Rauf Mehdiyev, 2014-cü il təvəllüdlü Ayxan Mehdiyev və 2011-ci il təvəllüdlü Ümid Mehdiyevlə birgə yaşadıqları evdən çıxıb naməlum istiqamətə gedib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO