Azərbaycan Xarici İşlər Nazirliyi Tallinin Laçın yolundakı vəziyyətlə bağlı açıqlamasına reaksiya verib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin rəsmi “Twitter” hesabında qeyd edilib.
Xüsusilə Azərbaycanın Qarabağ bölgəsinə münasibətdə köhnəlmiş sovet adından istifadənin yolverilməz olduğu vurğulanıb.
"Biz Estoniya XİN-in Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırması qəbuledilməz hesab edirik. Görünür, qeyri-qanuni iqtisadi fəaliyyətin insan əziyyəti iddiası ilə gizlədilməsi və qanunsuz fəaliyyətə qarşı hərəkətlərin qarşısının alınması yeni tendensiyaya çevrilib. Əgər oradan avtomobillər keçirsə, yolu necə bağalamaq olar? Azərbaycan tərəfi Estoniya XİN-nin əsassız çağırışlarını rədd edir”, - deyə bəyanatda qeyd edilib.
Qeyd edək ki, dekabrın 17-də Estoniya Xarici İşlər Nazirliyi “Laçın dəhlizinin davam edən blokadası Dağlıq Qarabağda yerli əhaliyə əziyyət verir və Ermənistanla Azərbaycan arasında sülh prosesinə mane olur”, deyə “Twitter”də paylaşım edib.
Bizim.Media
We reject @MFAestonia calling Garabagh of #Azerbaijan w/obsolete Soviet name. Seems that it is a new tendency to conceal illegal economic activities w/claims on human sufferings, & prevent actions agnst wrongful acts. On “blockade,” how a road is closed if cars r passing through? //t.co/nVz9rcKgN5
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) December 19, 2022