Qarabağda iki separatçı minaya düşdü

Qarabağda iki separatçı minaya düşdü

Hazırda oxunan: Qarabağda iki separatçı minaya düşdü

110400

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı dəstəsinin postlarından birində mina partlayışı baş verib.

Bizim.Media Trend.az-a istinadən xəbər verir ki, dekabrın 18-də günorta saatlarında baş verən partlayış nəticəsində qanunsuz dəstənin iki üzvünün ağır yaralandığı bildirilir. 

Yaralılar Xocavənddəki mülki xəstəxanaya yerləşdirilib.

Məlumatda, həmçinin qeyd olunub ki, dəstənin Samvel adlı üzvü üz nahiyəsindən çoxsaylı qəlpə yarası alıb və bir ayağı amputasıya edilib. Qanunsuz erməni silahlı dəstəsinin vəziyyəti ağır qiymətləndirilən digər üzvü isə baş və diz nahiyələrindən çoxlu qəlpə yarası alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO