Türkiyə ilə Gürcüstan arasında imzalanmış hərbi-maliyyə əməkdaşlıq müqavilələri (AMİBA) çərçivəsində rəsmi Ankara Gürcüstanın Müdafiə Nazirliyinə hava limanlarının yuyulması və süpürülməsi üçün maşınlar, helikopterlər üçün müxtəlif ehtiyat hissələri hədiyyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Müdafiə Nazirliyi yaylb.
Marneuli hərbi hava limanında keçirilən mərasimdə Gürcüstana aerodromun yuyulması və təmizlənməsi üçün 2 maşın və helikopterlərin müxtəlif ehtiyat hissələri hədiyyə edilib.
Mərasimdə Türkiyənin Tbilisidəki səfiri Ali Kaan Orbay və Gürcüstan müdafiə nazirinin müavini Qriqol Qiorqadze iştirak ediblər.
Avadanlığın çatdırılması ilə bağlı protokolu səfirliyin hərbi attaşesi polkovnik Burak Altıner və Gürcüstanın aviasiya və hava hücumundan müdafiə komandanı, polkovnik Serqo Ninua imzalayıblar.
2021 və 2022-ci ilin əvvəllərində Milli Müdafiə Nazirliyi Gürcüstanın Müdafiə Nazirliyinə xidməti avtomobillər və texniki avadanlıqlar bağışlayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
12:06 / 19.12.2022
Türkiyə Gürcüstan ordusuna bunları HƏDİYYƏ ETDİ - SİYAHI
Hazırda oxunan: Türkiyə Gürcüstan ordusuna bunları HƏDİYYƏ ETDİ - SİYAHI
Hazırda oxunan: Türkiyə Gürcüstan ordusuna bunları HƏDİYYƏ ETDİ - SİYAHI
110377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.