“Səhnəyə toyu gətirmək olmaz. Eləcə də toyu səhnəyə. Toyda insanlar istirahət edir, əylənir. İndiki gənclər toyu səhnəyə gətirir. Bu isə çox pisdir. Sovetlər vaxtı AzTV-də qara siyahı vardı. Kim toylara gedirdi onları efirə çağırmırdılar. İndi isə əksinə olub”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan (Sərxan Qurbanbəyov - red.) qonaq olduğu “Axşam havası” verilişində deyib.
Sənətçi açıqlamasında bildirib ki, gündəmdə olub, saytların manşetinə düşmək istəməyib:
“Mən istəmirəm ki, saytlar məndən yazıb, danışsın. Qoy cavanlardan danışsınlar. O dövrü axı mən keçmişəm. Səbəb isə özümə verdiyim qiymətdir, çünki peşəkaram (gülür)”.
70 yaşlı Xalq artisti azərbaycanlı xanımla evlənmək istəyini də dilə gətirib:
“Taleyim elə gətirdi ki, 16 yaşından Moskvaya getdim. İstərdim ki, məhəbbətim Azərbaycanda olsun. Həyatımı Azərbaycan xanımı ilə qurmaq istərdim”.
Müsahibəsində Sərxan Sərxan yeganə qızı Kamilladan da söz açıb:
“Yeganə qızımın çox gözəl musiqi zövqü var. İstedadlı uşaqdır, jurnalistdir. Gözəl yazı qabiliyyəti var. Atasını da çox istəyir (gülür). Hamı deyir ki, “Belə atanı sevməmək olar”.
Qeyd edək ki, S.Sərxanın qızı Kamilla ailəlidir. Onun bir övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:25 / 19.12.2022
Xalq artistindən AzTV-dəki "qara siyahı" AÇIQLAMASI - VİDEO
Hazırda oxunan: Xalq artistindən AzTV-dəki "qara siyahı" AÇIQLAMASI - VİDEO
Hazırda oxunan: Xalq artistindən AzTV-dəki "qara siyahı" AÇIQLAMASI - VİDEO
110364
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.