Marketdə yarım milyonluq mənimsəməyə görə kassir qadın həbs edildi - VİDEO

Marketdə yarım milyonluq mənimsəməyə görə kassir qadın həbs edildi - VİDEO

Hazırda oxunan: Marketdə yarım milyonluq mənimsəməyə görə kassir qadın həbs edildi - VİDEO

110355

Şəmkirdə mağazada baş vermiş mənimsə faktı ilə bağlı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Şəmkir rayon Prokurorluğundan Bizim.Media-ya evrilən xəbərə görə, Şəmkir rayon sakini Ramin Əliyevə məxsus “Zirvə” adlı marketdə pul vəsaitinin mənimsənilməsi faktı bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə istintaq aparılır.

İstintaqla həmin mağazada kassir işləmiş Şəmkir şəhər sakini Laura Əliyevanın işlədiyi 2017-2020-ci illər ərzində ona etibar edilmiş 451 min 688 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müyyən edilib.

Dekabrın 17-də Laura Əliyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO