İranda 14 yaşlı məktəbli etirazçı qız həbsdə olarkən təhlükəsizlik qüvvələrinin cinsi təcavüzü nəticəsində yaranan vajinasının yırtılması diaqnozu ilə dünyasını dəyişib. Onun anası isə yoxa çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” qəzeti İran İnsan Haqları Kampaniyasına istinadən məlumat yayıb.
“New York Times”ın dekabrın 17-də yayımladığı “İran qadınlara iffəti qəbul etdirmək üçün cinsi zorlamadan istifadə edir” başlıqlı yazıda İran İslam Respublikasının təhlükəsizlik qüvvələrinin Məsumə adlı 14 yaşlı məktəbli qızı həbs etdiyini açıqlayıb. Tehranın yoxsul məhəllələrindən birində yaşayan və məktəbdə hicabını çıxardığı üçün həbs edilən qızcığaz bir müddət sonra şiddətli vaginal yırtıq səbəbindən xəstəxanaya aparılıb.
Yazının müəllifi Nyu-Yorkda yerləşən İran İnsan Haqları Kampaniyasının direktorundan sitat gətirib:
“Bu qız məktəbdə quraşdırılmış kameralar tərəfindən müəyyən edilərək həbs olunub. Bir müddət sonra o, şiddətli vaginal yırtıq səbəbindən xəstəxanaya aparılıb. Qız həyatını itirib, anası isə öncə qızının qətlini ictimailəşdirmək istədiyini dedikdən sonra yoxa çıxıb”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:26 / 19.12.2022
İranda TÜKÜRPƏDİCİ OLAY - Təcavüzə uğrayan 14 yaşlı qızın faciəli ölümü
Hazırda oxunan: İranda TÜKÜRPƏDİCİ OLAY - Təcavüzə uğrayan 14 yaşlı qızın faciəli ölümü
Hazırda oxunan: İranda TÜKÜRPƏDİCİ OLAY - Təcavüzə uğrayan 14 yaşlı qızın faciəli ölümü
110349
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.