Məktəblilərimiz beynəlxalq festivalda QALİB OLUB - FOTO

Məktəblilərimiz beynəlxalq festivalda QALİB OLUB - FOTO

Hazırda oxunan: Məktəblilərimiz beynəlxalq festivalda QALİB OLUB - FOTO

110338

Xəbər verildiyi kimi, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində təşkil olunan "SAF-2022"-STEAM-Azərbaycan Festivalında Şəki-Zaqatala regional təhsil idarəsinin Balakən, Zaqatala və Oğuz rayon təhsil sektorlarının tabeliyində olan məktəblərdən ümumilikdə 13 komanda yarışa qatılıb. 

Bizim.Media-nın yerli bürosuna Regional təhsil idarəsindən bildirilib ki, festivalda uğurla iştirak edən bölgə məktəbliləri müxtəlif yarış nominasiyaları üzrə qalib olublar. 

Qalib komandalardan Balakən şəhər Nəsimi adına 2 nömrəli tam orta məktəbin "VICTORY FOLLOWERS" komandası "Mexatronika" kateqoriyası üzrə I yerə, Balakən şəhər Nizami adına 1 nömrəli və Qazbinə kənd tam orta məktəbin şagirdlərindən ibarət "Philadelphia" komandası "Dream world" kateqoriyası üzrə II yerə həmçnin bu komanda "Friendly Team-2022" nominasiyası üzrə də qalib olub. 

Balakən şəhər Nizami adına 1 nömrəli tam orta məktəbin "Stars on Earth" komandası "Edu drone" kateqoriyası üzrə II yerə , Balakən şəhər Nəsimi adına 2 nömrəli tam orta məktəbin "SN HACHKERLER" komandası "Hackaton School" kateqoriyası üzrə I yerə layiq görülüb.

Bununla yanaşı Balakən rayon Kortala kənd tam orta məktəb və Qaravəli kənd tam orta məktəbin "Balakənli Proqramistlər" komandası "Hackaton School" kateqoriyası üzrə "Energy Time" nominasiyasına sahib olub.  
Balakən şəhər 1 nömrəli tam orta məktəbin "Stars on Earth" komandası, eyni zamanda "Best coworkers" nominasiyası üzrə də qalib gəlib. 

Zaqatala şəhər N.Hüseynov adına 2 nömrəli tam orta məktəbin "Xilasedicilər" komandası "Survivor" (Middle school) kateqoriyası üzrə II yerdə qərarlaşıb.  

Balakən rayon Humanitar və texniki təmayüllü lisey, Zaqatala şəhər Akademik Z.Əliyeva adına lisey, N.Hüseynov adına 2 nömrəli, Ş.Qurbanov adına şəhər 3 nömrəli məktəb, Humanitar Fənlər Gimnaziyası, Muxax kənd 1 nömrəli məktəblərin şagirdlərindən ibarət "İKT-Team", "Zaqatala Team", "Balaca mühəndislər", "Megatron", "The Time" komandaları "İnnovativ sərgi" kateqoriyası üzrə xüsusi mükafat və kuboka layiq görülüb. 

Zaqatala şəhər Akademik Z.Əliyeva adına lisey və Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəblərin şagirdlərindən ibarət "Amigos" komandası "Dream World" kateqoriyası üzrə 2-ci yerə layiq görülüb. 

Oğuz şəhər Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin "MakerX" komandası "İnnovativ sərgi" kateqoriyası üzrə "İnnovation award" kubokuna layiq görülüb. 
Qalib komandalar festivalın münsiflər heyəti tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.   

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO