Yunanıstan NATO-nun “NEXUS ACE” missiyası çərçivəsində təlim uçuşları həyata keçirən Türkiyə təyyarələrini ələ keçirməyə cəhd edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında məlumat verilib.
Bildirilib ki, Yunanıstan tərəfinə lazımi cavab verilib və təxribatın qarşısı alındıqdan sonra alyansın missiyası uğurla başa çatıb.
Departament hadisə ilə bağlı təfərrüatları açıqlamayıb.
Bizim.Media
