Ölmüş insanlar geri qayıdacaq - Gələcəkdən xəbər verən serial gerçək olur

Ölmüş insanlar geri qayıdacaq - Gələcəkdən xəbər verən serial gerçək olur

Hazırda oxunan: Ölmüş insanlar geri qayıdacaq - Gələcəkdən xəbər verən serial gerçək olur

11018

Dünyaca məşhur "Black Mirror" internet serialının bir hissəsi reallaşır.

Bizim.Media xəbər verir ki, "Microsoft" korporasiyası ölən insanların rəqəmsal əkizlərinin yaradılmasına imkan verən patent alıb.

Texnologiya sosial şəbəkələrdəki yazışmalar, fotoşəkillər, səs məlumatları və digər ictimai platformada paylaşılan onlayn məzmun daxil olmaqla, vəfat etmiş şəxslərin şəxsi məlumatları əsasında işləyəcək.

Süni intellektdən istifadə edən robot istifadəçinin ölmüş qohumlarını və ya yaxınlarını təqlid edərək onlarla ünsiyyət qurmasına imkan verəcək. 

Konsepsiya ABŞ Patent və Ticarət Nişanı Bürosunun (USPTO) veb-saytında yerləşdirilmiş sənəddə qeyd edilib. Bildirilib ki, konsepsiya əsasında insanlar bu gün və ya keçmişdə yaşayan bir insanla danışa bilər: dost, qohum, tanış, məşhur, qondarma xarakter, tarixi şəxsiyyət, təsadüfi şəxs və sair.

"Microsoft" mütəxəssisləri tərəfindən düşünülmüş virtual klon yalnız mərhumun səsini çıxarmayacaq, həm də onun ünsiyyət tərzini tam olaraq təqlid edə biləcək. Bunun üçün fərdi səs sintezatorundan istifadə edilməsi planlaşdırılır.

Bundan əlavə, şirkət fotoşəkilləri və ya videoları istifadə edərək robotun 2D və 3D modellərini yaratmaq imkanlarını nəzərdən keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO