Bakıda Ukrayna-Azərbaycan dostluğunu simvolizə edən daha bir restoranın açılışı olub. Gecədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy də iştirak edib.
O, bu gün Ukraynanın Azərbaycanda daha bir mətbəxinin açılmasını yüksək qiymətləndirib:
Bu layihənin əsas konsepsiyası Ukrayna və Azərbaycan xalqlarını daha da yaxınlaşdırmaqdır.
Bu cür layihələr xalqlarımızın hər sahədə olduğu kimi mətbəx mədəniyyətlərinin dərindən öyrənilməsinə və tanımasına xidmət edir.
Ukrayna-Azərbaycan Ticarət Evinin rəhbəri Əlibala Məhərrəmzadə “Bayka Pub” məkanının hazırda Ukrayna-Rusiya müharibəsinə görə, Azərbaycana sığınmış çox sayda ukraynalının kompakt yığışması üçün əla fürsət verdiyini deyib.
“Ukraynadan qaçqın düşmüş insanlar burada rahat görüşəcəklər, həm əylənərək dincələcəklər, həm də bir-birlərindən xəbər tuitacaqlar. Bu restoran məhz bu münasibətlə qurulub”.
Mərasim canlı musiqi fonunda Azərbaycanda yaşayan ukraynalıların və həmvətənlərimizin iştirakı ilə davam edib.
Qeyd edək ki, sözügedən “Bayka Pub” restoranı İnşaatçılar prospektində yerləşir.
Aləmdə Nəsib, Əfqan Pənahoğlu, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:30 / 17.12.2022
Bakıda daha bir Ukrayna restoranı açıldı - VİDEO
Hazırda oxunan: Bakıda daha bir Ukrayna restoranı açıldı - VİDEO
Hazırda oxunan: Bakıda daha bir Ukrayna restoranı açıldı - VİDEO
110161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.