Rauf Hacıyevin 100 illik yubiley yaşı Gəncədə qeyd olunub

Rauf Hacıyevin 100 illik yubiley yaşı Gəncədə qeyd olunub

Hazırda oxunan: Rauf Hacıyevin 100 illik yubiley yaşı Gəncədə qeyd olunub

110142

“Rauf Hacıyev-100” musiqi festivalının növbəti dayanacağı Gəncə Dövlət Filarmoniyası olub. Bəstəkarın yubiley tədbiri maraqlı musiqi proqramı ilə müşahidə olunub.

Tədbirin açılışında çıxış edən Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı, musiqişünas Turan Məmmədəliyeva bildirib ki, Rauf Hacıyevin yaradıcılığı ölkəmizin mədəni həyatında vacib yer tutur:
“Dahi bəstəkarın zəngin irsi geniş dinləyici kütləsinin rəğbətini qazanıb və bu günə qədər sevilərək bir cox ifaçıların repertuarına daxil olub. Bu gün də müsiqiçilərimiz onun mahnılarını və əsəsrlərini sevə sevə ifa edirlər. Rauf Hacıyevin əsərləri bu gün də sevilə sevilə dinlənir”. 

Onun sözlərinə görə Azərbaycan musiqi mədəniyyətinin görkəmli simalarından biri, gözəl bəstəkar və fəal ictimai xadim olan Rauf Hacıyev xalqımızın yaddaşında "Leyla", "Sevgilim", "Mənim Azərbaycanım" və bir çox məşhur mahnıların müəllifi kimi əbədi yer tutub, ürəklərə yol tapıb.

Tədbirdə söz alan Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Rauf Hacıyevin yaradıçılığının dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən il ərzində müxtəlif tədbilərlə qeyd edildiyini vurğulayıb. 

Sonra festifal çərçivəsində Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və Xəmsə estrada ansamblının iştirakı ilə müsiqiçilərin ifasında dahi bəstəkarın sevilə sevilə dinlənilən müsiqiləri oxundu. 
Konsertdə Gəncə ictimaiyyətinin nümayəndədli ilə yanaşı Mədəniyyət Nazirliyinin nümayəndələri, bəstəkarın nəvələri Mirzə Rüstəmov və Sultan Rüstəmov iştirak ediblər. Onlar da təşkil olunan konsert proqramının yüksək səviyyədə təşkil olunmasından məmnunluq bildiriblər. 

Sonda xatirə şəkli çəkilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO