“Biz Laçın yolundan keçən bütün nəqliyyat vasitələrinin sayını yaxşı bilirik” – Millət vəkili 

“Biz Laçın yolundan keçən bütün nəqliyyat vasitələrinin sayını yaxşı bilirik” – Millət vəkili 

Hazırda oxunan: “Biz Laçın yolundan keçən bütün nəqliyyat vasitələrinin sayını yaxşı bilirik” – Millət vəkili 

110051

Azərbaycanlıların Xankəndinə silahsız daxil olması düşmən obrazı ilə qorxudulan yerli ermənilərin də xilasına xidmət edir.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.

Onun sözlərinə görə, 12 dekabr Ulu öndərin anım günündə Xankəndi-Şuşa yolunda başlayan dinc hərəkat müasir Azərbaycan tarixinin parlaq səhifəsidir:

"Əslində silahsız aksiya 44 günlük müharibənin davamıdır, 10 noyabr 2020-ci ildə Xankəndinə doğru gedən əsgərlərin qardaş və bacılarının tanksız-topsuz əməliyyatıdır".

"Əgər Qızılbulaq və Dəmirli yataqlarına sülhlə deyil, hərbi vasitələrlə hücum edilsəydi, 12-14 sentyabrdan başlayan beynəlxalq təzyiqlər daha da artacaqdı. Düşmən bizi səngərdə gözləyirdi.
İrəvanda, Parisdə və onlarla ölkədə Qarabağ ermənilərinə silahlı soyqırım edəcək dövlətə qarşı sanksiyalar öncədən hazırlanmışdı. Lakin İlham Əliyev dinc vasitələrdən-yumşaq gücdən istifadə etdi. Ona görə də çətin hava şəraitində 4 gündür fədakarlıq göstərən mətbuat, vətəndaş cəmiyyəti və ictimai fəallar gerçək silahsız xüsusi təyinatlılardır. Son aksiyaların nəticələri nə oldu?", - Z.Oruc bildirib.

"Birincisi, beynəlxalq ictimaiyyətdən “soyqrım və etnik təmizləmə” adı ilə siyasi, maddi və mənəvi yardım istəyən Ermənistan arzu etdiyi faktları tapmadığı üçün dəstək qazana bilmədi və kəskin siyasi parçalanmaya məruz qaldı.

Dünən Azərbaycan Xarici İşlər naziri dövlətimizin Xankəndinə humanitar və iqtisadi yardıma hazır olduğunu bildirdi. Ermənilərlə birgəyaşayış üçün hökumətin reinteqrasiya proqramının elan olunması dövlətimizin mövqeyini gücləndirdi.

İkincisi, humanitar fəlakət, xəstələrin yardımdan məhrum edilməsi, uşaqlara qarşı qəddarlıqla bağlı ənənəvi cəfakeş obrazı və digər antiAzərbaycan təbliğatı keçmədi. 4 gündür Xankəndində qeyri-təbii ölüm faktları qeydə alınmayıb, əksinə, Ermənistan və dünya erməniçiliyi əlini çəkən kimi Qarabağa əmin-amanlıq və dinclik gəlib. Biz dünyaya bəyan etməliyik ki, İrəvana getmək istəyən Xankəndi sakinləri tək bir Laçın yolundan asılı deyillər, 1 007 km sərhədin istənilən yerindən gəlib keçə bilərlər.

Üçüncüsü, son aksiyalar 30 illik işğalın sadə, əliyalın və ehtiyac içərisində yaşayan ermənilərdən çox, torpaqları istismar edən cinayətkar dəstələr, oliqarx məmurlar, hərbi rejim təmsilçiləri və qızıl-mis sümürgənlərini üzə çıxardı.

Azərbacanlıların Xankəndinə silahsız daxil olması cinayət törətəməyən, lakin uzun illər xalqımızın düşmən obrazı ilə qorxudulan yerli ermənilərin də xilasına xidmət edir. Aksiya nəticəsində separatizmin maliyyə mənbələrinə böyük zərbə dəydi. Xatırladaq ki, Qarabağın büdcəsinin 35 faizi təkcə Qızılbulaq və Dəmirli yataqlarından formalaşır.
Nəhayət, Azərbaycan Laçın yolundan keçən bütün nəqliyyat vasitələrinin sayını yaxşı bilir. Təcili-tibbi maşınların aylıq intensivliyi 5-ə çatmır.

Ona görə də dinc aksiyalar nəticə verəcəkdir - Xankəndi, Xocalı və Şuşanın kəndlərinə azərbaycanlıların qayıtması, Laçın yoluna alternativ 32-km-lik yolun son nöqtəsində gömrük məntəqəsinin qoyulması, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın 30 illik blokadadan çıxması Xankəndində və regionda sülhün və təhlükəsizliyin tək şərtidir. 12 dekabr Qarabağ ermənilərinin mühasirəsi yox, Azərbaycanın suverenliyi altında yaşamağa başladıqları gündür", - MM-in komitə sədri qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO