Azərbaycanla Türkiyə arasında Saziş və Fəaliyyət Planı təsdiqləndi

Azərbaycanla Türkiyə arasında Saziş və Fəaliyyət Planı təsdiqləndi

Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında Saziş və Fəaliyyət Planı təsdiqləndi

110018

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. 

Fərmanda qeyd olunan Saziş qüvvəyə mindikdən sonra Kənd Təsərrüfatı Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb. 

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş” 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanıb. 

Prezidentin digər Fərmanı ilə 2022-ci il noyabrın 4-də İstanbul şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” təsdiq edilib.
Bu Fərmanda qeyd olunan Fəaliyyət Planı qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Fəaliyyət Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO