“Etnik ermənilərin bu ərazilərdə yaşamaq haqları var və biz bunu tanıyırıq” - Nazir 

“Etnik ermənilərin bu ərazilərdə yaşamaq haqları var və biz bunu tanıyırıq” - Nazir 

Hazırda oxunan: “Etnik ermənilərin bu ərazilərdə yaşamaq haqları var və biz bunu tanıyırıq” - Nazir 

109841

“Bəzi qüvvələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı deyil”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. 

Nazir deyib ki, qarşı tərəfə çağırışlar olunmalı, ciddi xəbərdarlıq edilməli və təxribatlara son qoyulmalıdır:

“Bu yolla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan tərəfinin mövqeyi konstruktiv və ədalətlidir. Azərbaycanın qanunları çərçivəsində və Azərbaycanın suverenliyinə hörmət çərçivəsində bütün məsələlər həll edilməlidir, həll oluna bilər və həll olunacaq”. 

XİN rəhbəri qeyd edib ki, kənardan gəlmiş bir şəxsin Azərbaycan ərazilərində yaşayan etnik ermənilərə müraciət etmək haqqı yoxdur. 

“Etnik ermənilərin Azərbaycan qanunları çərçivəsində bu ərazilərdə yaşamaq haqları var və Azərbaycan dövləti bunu tanıyır”, - nazir əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO