Emin Ağalarovun təklifinə nazirdən məmnun REAKSİYA - VİDEO - ÖZƏL

Emin Ağalarovun təklifinə nazirdən məmnun REAKSİYA - VİDEO - ÖZƏL

Hazırda oxunan: Emin Ağalarovun təklifinə nazirdən məmnun REAKSİYA - VİDEO - ÖZƏL

109825

Xalq artisti Emin Ağalarov Bakı şəhərində fitnes mərkəzinin açılışında Gənclər və İdman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevlə bir araya gəlib.

Sənətçi ilə nazirin səmimi ünsiyyəti Bizim.Media-nın əməkdaşının obyektivinə tuş gəlib.

Emin həm nazirin, həm də MOK-un baş katibinin açılışda iştirakından məmnun qaldığını bildirib.

Xalq artisti "Bu fitnes klubu sayca 14-cüdür. Yaxın günlərdə artıq 15-ci fitnes klubumuzu açacağıq. 15 fitnes klubunu cəmi beş il müddətində açdıq. Artıq biz qocalmışıq (gülür). Biz Moskvada Lujnikovoda belə bir layihə etdik. Eynisini burada edə bilərik. Şəhər daxilində böyük bir tədbir keçirə bilərsiniz.

Bir dəstə beynəlxalq ustad dərsləri, təlimlər, sərgi, avadanlıq, yeni texnologiyalar, idman avadanlıqları, sağlam qidalar toplaya bilərsiniz.  Sağlam yemək mənə də zərər verməyəcək (gülür)" fikirlərini ifadə edib.
Daha sonra E.Ağalarovun məsələ ilə bağlı Gənclər və İdman naziri Fərid Qayıbova "Gəlin bu layihəni reallaşdıraq. Siz pul ayırın, digər işlər isə bizdən" deməsi qarşı tərəfin üzünü güldürüb. Müğənninin bu sözlərinə nazir "Böyük məmnunniyyətlə" cavabını verib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO