Kəlbəcər, Laçın və Xocavənddə mövqelərimiz atəşə tutuldu - MN

Kəlbəcər, Laçın və Xocavənddə mövqelərimiz atəşə tutuldu - MN

Hazırda oxunan: Kəlbəcər, Laçın və Xocavənddə mövqelərimiz atəşə tutuldu - MN

109705

Dekabrın 14-ü saat 17:50-dən saat 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Gorus rayonunun Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Zəylik, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Bundan başqa, dekabrın 15-i saat 08:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO