Gəncədə arvadını bıçaqlayan kişi qaçıb - AXTARILIR

Gəncədə arvadını bıçaqlayan kişi qaçıb - AXTARILIR

Hazırda oxunan: Gəncədə arvadını bıçaqlayan kişi qaçıb - AXTARILIR

109691

Gəncədə 42 yaşlı qadın yaşadığı evdə çox saylı bıçaq xəsarətləri alıb.

Bu faktı Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov təsdiq edib.

Onun sözlərinə görə dekabrın 14-ü saat 08:30 radələrində şəhər ərazisində Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına yaşadıqları evdə çoxsaylı bıçaq xəsarətləri yetirilib.
Hadisəni törətməkdə qadının həyat yoldaşı 1978-ci il təvəllüdlü Süleymanov Zaur Hidayət oğlu şübhəli bilinir. Hazıra Zaur Süleymanovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, ibtidai istintaq aparılır. İlkin versiyaya görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO