Jurnalistlər Kəlbəcərdə mina partlayışları baş verən əraziyə getdilər

Jurnalistlər Kəlbəcərdə mina partlayışları baş verən əraziyə getdilər

Hazırda oxunan: Jurnalistlər Kəlbəcərdə mina partlayışları baş verən əraziyə getdilər

109684

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin Kəlbəcərə - dekabrın 14-də mina partlayışları baş vermiş əraziyə səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, məqsəd erməni hərbi birləşmələrinin 2020-ci ildən mina basdırılan ərazilərlə tanış etmək və onların terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

Qeyd edək ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərdə 8 nəfər minaya düşdü – 1-i şəhid oldu - YENİLƏNİB 


Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO