Qəzada yaralanan müəllimlərin vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA 

Qəzada yaralanan müəllimlərin vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Qəzada yaralanan müəllimlərin vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA 

109614

Bakı-Quba yolunda ötən gün baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Xızıdakı ağır qəzada ölən müəllimin FOTOSU


Belə ki, hadisə ilə əlaqədar xəsarət alan 3 nəfər (hər biri qadın olmaqla) dekabrın 13-ü ambulator müalicə üçün evə buraxılıb. 

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunan 1 nəfər (kişi olmaqla) isə dekabrın 13-də əməliyyat olunub, hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Vəziyyəti stabildir. 
Qeyd edək ki, qəza hadisəsi ötən gün səhər saatlarında baş verib. Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər. Nəticədə Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO