Sərvətlərimizin talan olunması ilə heç vaxt razılaşmayacağıq - ŞUŞADAN VİDEOREPORTAJ

Sərvətlərimizin talan olunması ilə heç vaxt razılaşmayacağıq - ŞUŞADAN VİDEOREPORTAJ

Hazırda oxunan: Sərvətlərimizin talan olunması ilə heç vaxt razılaşmayacağıq - ŞUŞADAN VİDEOREPORTAJ

109596

“Ölkəmizin sərvətlərinin talan olunması ilə heç vaxt razılaşmayacağıq”.

Bizim.Media-nın əraziyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri təbii sərvətlərimizin qanunsuz istimarına etiraz olaraq Laçın yolunda keçirilən aksiya iştirakçısı Fatimə Abdullayeva deyib. 

O qeyd edib ki, aksiyaya könüllü qoşulub və hər zaman Vətəninə mənəvi dəstək olmağa hazırdır.

Digər aksiya iştirakçısı Lalə Hüseynova isə açıqlamasında universitet tələbəsi olduğunu və burada könüllü iştirak etdiyini deyib:

“Təbii sərvətlərimizin istismarına son qoyulanadək aksiyada iştirak edəcəyik. Xalqımız mübarizdir, mübariz olaraq davam edəcəyik”.

Azərbaycan İlahiyyat Universitetinin tələbəsi Emil Qasımov da qeyd edib ki, aksiya barədə informasiyanı mediadan alıb: 

“Qardaş və bacılarımıza dəstək olmaq üçün bir neçə tələbə yoldaşımla bura gəlmişəm. İnşallah, qarşımıza qoyduğumuz vəzifəyə nail olacağıq”.

Daha ətraflı videoreportajda tanış ola bilərsiniz:

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO