Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Hazırda oxunan: Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

109516

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti dəfə Azərbaycana böyük etimad nümayiş etdirib. 

Azərbaycan Şahmat Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, FIDE şahmat dünyasının nüfuzlu yarışlarından biri sayılan Dünya Kubokunun təşkilatçılığını Azərbaycana həvalə edib. 

Yarış 2023-cü il iyulun 29-dan avqustun 26-dək Bakıda təşkil olunacaq. 

Qeyd edək ki, bu Azərbaycanın ev sahibliyi edəcəyi ikinci Dünya Kuboku yarışı olacaq. İlk dəfə Bakı 2015-ci ildə Dünya Kubokuna ev sahibliyi edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO