Şuşa-Xankəndi yolunda etiraz aksiyası üçüncü gündür davam edir - FOTO

Şuşa-Xankəndi yolunda etiraz aksiyası üçüncü gündür davam edir - FOTO

Hazırda oxunan: Şuşa-Xankəndi yolunda etiraz aksiyası üçüncü gündür davam edir - FOTO

109447

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, aksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirib, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb ediblər.

Gecəni şüarlar səsləndirməklə keçirən aksiyaçılar eyni əhval-ruhiyyə ilə yeni günün səhərini qarşılayıb. Onlar bir daha vurğulayıb ki, tələbləri yerinə yetirilənə qədər aksiya davam edəcəklər. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO