ABŞ-da “TikTok” QADAĞAN EDİLƏ BİLƏR - SƏBƏB 

ABŞ-da “TikTok” QADAĞAN EDİLƏ BİLƏR - SƏBƏB 

Hazırda oxunan: ABŞ-da “TikTok” QADAĞAN EDİLƏ BİLƏR - SƏBƏB 

109435

ABŞ Konqresinə “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsi təqdim edilib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, sənəd ABŞ senatoru Marko Rubionun saytında dərc olunub. 

Bildirilib ki, buna səbəb sosial platformanın Çin tərəfindən idarə edilməsi və həmin dövlətin ABŞ ilə əks mövqedə dayanmasıdır. 

Belə ki, ABŞ rəsmiləri “TikTok”dakı məlumatların Çin hakimiyyəti tərəfindən istifadə edildiyini və təhlükəsizliyin qorunmadığını deyiblər. Onların fikrincə, qanun layihəsi amerikalıları sosial şəbəkələr sahəsində mövcud və ya gələcəkdə mümkün şirkətlərdən istifadə ilə bağlı bir sıra düşmən dövlətlərin təhlükəsindən qorumalıdır. 

Qanunvericilərin fikrincə, Çin Kommunist Partiyası “TikTok”dan öz maraqları üçün istifadə edə bilər. Bu səbəbdən sosial şəbəkənin qadağan edilməsi ilə bağlı təkliflər planı Konqresə təqdim edilib. 
Qeyd edilib ki, bu təşəbbüs Rubio, həmçinin ABŞ Nümayəndələr Palatasının üzvləri Mayk Qallaqer və Raca Krişnamurti tərəfindən hazırlanıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO