Bu gün üçün təqvimdə əlamətdar hadisləri təqdim edirik. 14 dekabr 1939-cu ildə Finlandiyanı işğal etdiyinə görə SSRİ Millətlər İttifaqından qovulub. Marqlı bir fakt da odur ki, 1928-ci ilin həmin günündə Azərbaycanda ilk Zoopark yaradılıb.
Baxaq görək 14 dekabrda daha nələr baş verib?
Keçək 3-cü fakta: 14 dekabr 1812-ci ildə Napoleonun Rusiyaya yürüşü biabırçı sonluğa çatıb.
4.14 oktyabr 1933-cü il tarixində Adolf Hitler Genuya tərki-silah konfransına qatılmadı və Almaniyanın Millətlər İttifaqını tərk edəcəyini açıqladı.
5. 14 dekabr 2015-ci ildə Azərbaycanda Milli Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri təsis edilib.
6. Alabama 14 dekabr 1819-cu ildə ABŞ-ın 22-ci ştatı olub.
7. 14 oktyabr 1947-ci ildə ABŞ-lı test pilotu (Chuck) Çarls Elvood Yeager raketlərlə gücləndirilmiş "Bell X-1" təyyarəsini sınaqdan keçirərkən səs səddini keçən ilk şəxs oldu.
8. 14 oktyabr 1968-ci il tarixində ABŞ idmançısı Cim Hines Meksikadakı Olimpiadada 100 metr məsafəni 10 saniyədən (9,95 saniyə) keçən ilk şəxs oldu. Rekord 1983-cü ilə qədər qırıla bilmədi.
Bu gün hansı məşhurlar doğulub?
1. Dünya şöhrətli musiqiçi Rəşid Behbudov 14 dekabr 1915-ci ildə anadan olub. 44 yaşında SSRİ xalq artisti fəxri alan Rəşid Behbudov, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı lauriatı, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olub. O öz mahnıları ilə Azərbaycanı bütün dünyada uğurla təmsil edib və sevdirib. Xüsusilə, məşhur “Arşın mal alan” opera-filminə görə gənc yaşlarında dünyada tanınıb.
2. Görkəmli alim Xudu Məmmədov da məhz bu gün dünyaya göz açıb. O 1927-ci ilin 14 dekabrında doğulub. Azərbaycanda milli şüurun oyanmasında onun çox böyük rolu olub.
3. Azərbaycanın Milli Qəhramanı, şəhid Əlyar Əliyev 14 dekabr 1957-ci ildə anadan olub.
4. Vətən müharibəsi qəhrəmanı İzzət Balacayev də məhz bu gündə dünyaya göz açıb. Baş leytenant İzzət Balacayev 14 dekabr 1993-cü ildə anadan olub.
5. Fransalı astroloq Nostradamus da 14 dekabr 1503-cü ildə doğulub.
Bəs bu gün hansı məşhurlar dünyalarını dəyişib?
1. Azərbaycanın xalq artisti Qədir Rüstəmov 14 dekabr 2011-ci ildə dünyasını dəyişib.
2. Bəstəkar, Azərbaycanın xalq artisti Azər Rzayev 2015-ci ilin məhz bu günündə vəfat edib.
3. ABŞ-ın prezidenti Corc Vaşinqton 14 dekabr 1799-cu ildə ölüb.
4. Məmluk sultanı Səlahiddin Xəlil 1293-cü ilin 14 dekabrında dünyasını dəyişib.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 14.12.2022
BİZİM TƏQVİM: 14 dekabrda dünyada hansı yaddaqalan hadisələr baş verib?
Hazırda oxunan: BİZİM TƏQVİM: 14 dekabrda dünyada hansı yaddaqalan hadisələr baş verib?
Hazırda oxunan: BİZİM TƏQVİM: 14 dekabrda dünyada hansı yaddaqalan hadisələr baş verib?
109380
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.