Təcili tibbi yardım işçilərinə qarşı xuliqanlıq etdi – TUTULDU

Təcili tibbi yardım işçilərinə qarşı xuliqanlıq etdi – TUTULDU

Hazırda oxunan: Təcili tibbi yardım işçilərinə qarşı xuliqanlıq etdi – TUTULDU

109276

Gəncədə təcili tibbi yardım işçilərinə qarşı xuliqanlıq edən şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, 2001-ci təvəllüdlü Oxan Mustafayev gecə saatlarında nənəsinə tibbi yardım üçün çağrışa gəlmiş Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının əməkdaşı ilə heç bir əsas olmadan mübahisə edərək onun sifət nahiyəsinə yumruqla zərbələr vuraraq müxtəlif xəsarətlər yetirib. 

Bundan sonra O. Mustafayev Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının inzibati binasına gələrək, nalayiq ifadələr işlətməklə səs-küy salmış, şəxslər üzərində zor tətbiq etmək hədəsi ilə üzərində gəzdirdiyi bıçaqla stansiyada qeydiyyatçı işləyən xanımı itələmiş, əlində olan bıçaqla onu öldürməklə hədələyib, bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri edib. 

Xuliqanlıq etmiş O. Mustafayev saxlanılıb, onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO