Bakıda dəmirəritmə sexində partlayış - VİDEO

Bakıda dəmirəritmə sexində partlayış - VİDEO

Hazırda oxunan: Bakıda dəmirəritmə sexində partlayış - VİDEO

10922

Bakı şəhərinin Binəqədi rayonu ərazisində dəmirəritmə sexində yanğınla nəticələnən partlayış baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, fevralın 5-də FHN-in "112" qaynar telefon xəttinə hadisə ilə bağlı məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və sex yanğından mühafizə olunub.

Yanğın nəticəsində ümumi sahəsi 9 kv.m olan nasosxananın yanar konstruksiyaları, elektrik kabeli 3 p.m, ərazidə mazut qalıqları 60 kv.m sahədə və 2 ədəd 50 litrlik propan qaz balonu yanıb, partlayışın zərbəsindən nasosxananın divarları dağılıb.

Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO