Ulu öndər Heydər Əliyev Qubada belə anıldı - FOTO 

Ulu öndər Heydər Əliyev Qubada belə anıldı - FOTO 

Hazırda oxunan: Ulu öndər Heydər Əliyev Qubada belə anıldı - FOTO 

109187

Dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 19-cu ildönümü Qubada xüsusi ehtiram və hörmətlə qeyd olunur.  

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, səhər saatlarından rayon İH-nın başçısı, DTX-nin rayon şöbəsinin rəisi, icra başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun YAP sədri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, sakinlər Heydər Əliyevin abidəsi önünə yığışıblar.  

Quba İH başçısı Ziyəddin Əliyev və digər rəsmilər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər. Ziyarətçilər arasında sadə insanlar da çoxluq təşkil edib. 

Statusundan, peşəsindən, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs Azərbaycanın xilaskarı olmuş dahi şəxsiyyətə ona olan ehtiramını bildirmək üçün abidəsi önünə gəlir, abidəsini çiçəklərlə yad etməyi özünə boc bilir.
1993-cü ilin 15 iyununda xalqın çətin günündə Heydər Əliyevin təzyiqlərə baxmayaraq, Bakıya gəlməsi və irəli atılıb xalqı qardaş qırğınından qurtarması qubalıların da yaxşı yadındadır. Gün ərzində Quba şəhərində Heydər Əliyevin abidəsini minlərlə insanın ziyarət edəcəyi bildirilir.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO