“Qarabağdakı erməni hərbi birləşmələri tərk-silah edilməlidir, yoxsa heç nə dəyişməyəcək” – Elman Nəsirov

“Qarabağdakı erməni hərbi birləşmələri tərk-silah edilməlidir, yoxsa heç nə dəyişməyəcək” – Elman Nəsirov

Hazırda oxunan: “Qarabağdakı erməni hərbi birləşmələri tərk-silah edilməlidir, yoxsa heç nə dəyişməyəcək” – Elman Nəsirov

109183

Rusiya sülhməramlı kontingentinin nəzarəti ərazisində özbaşnalıqların höküm sürməsi və Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı ölkə ictimaiyyətinin həsaslıqla qarşıladığı məslələrdəndir. Artıq bir həftədən çoxdur ki, bu problem ətrafıənda qızğın mübahisələr və müzakirələr gedir.

Azərbaycan QHT nümayəndələri də Laçın yoluna əyləşərək sülhməramlıların rəhbəri general Volkovdan izahat istəyirlər.

Milli Məclisin deputatı Elman Nəsirov isə bildirir ki, qanunsuz erməni hərbi birləşmələri tərk-silah edilməsə, bir müddətdən sonra yeni forma və məzmunda növbəti təxribatlar baş verəcək:

“Sülhməramlı qüvvələr özlərini bir qədər qeyri-adekvat aparır. Xüsusən də Ruben Vardanyanı irəli verir və çalışırlar ki, Bakı məhz separatçı rejimin nümayəndəsilə danışıqlara getsin. Bu isə qəbuledilməzdir. Azərbaycanın QHT təmsilçilərinin bu fonda keçirdiyi aksiyanın tələbi odur ki, sülhməramlıların komandanı Volkovla görüşsünlər və o yığılan suallara cavab versin.

Məlumatlara görə, Rusiya sülhməramlı qüvvələrin tərkibində ən azı 3 nəfər erməni mənşəlidir. Hansı ki, onlardan sülhməramlı ola bilməz. İlk növbədə 10 noyabr sənədindəki 4-cü bənd icra edilməlidir.

Nə qədər ki, qeyri-qanuni erməni hərbi birləşmələri Qarabağdan çıxarılmayıb, belə təhlükələr də olacaq. Ola bilsin indi müəyyən razılaşmalar olsun. 

Amma oradakı erməni qanunsuz hərbi birləşmələri tərk-silah edilməsə, bir müddətdən sonra yeni forma və məzmunda növbəti təxribatlar baş verəcək. Ona görə də hazırda bir nömrəli məsələ 4-cü bəndin icrası məsələsidir. Orada bir nəfər də əli silahlı erməni qalmamalıdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO