Zərdabda XXI əsrdə stadion tikiləcəkmi? – Nazirlikdən RƏSMİ MÜNASİBƏT

Zərdabda XXI əsrdə stadion tikiləcəkmi? – Nazirlikdən RƏSMİ MÜNASİBƏT

Hazırda oxunan: Zərdabda XXI əsrdə stadion tikiləcəkmi? – Nazirlikdən RƏSMİ MÜNASİBƏT

109110

Zərdab rayon mərkəzi stadionu bərbad vəziyyətdədir. 1500 tamaşaçı tutumuna malik, 3 hektara yaxın ərazisi olan stadion artıq çoxdan unudulub, bir zamanlar elliklə axın olan bu yerin indi heç qapısını da açan yoxdur. 

Bizim.Media olaraq stadionun qapısını bu dəfə biz döydük. 

Rayon mərkəzində yeganə olan stadion ötən əsrin 90-cı illərində istifadəyə verilib və bu illər ərzində ancaq bir neçə dəfə yüngül təmir olunub.

Bu idman ocağı ötən 30 il ərzində 1 dəfədə olsun əsaslı təmir olunmadığından tamaşaçı oturacaqları istifadəyə yararsız, meydança isə şoranlıq ərazidə yerləşdiyindən toz içindədir.

Yerli sakinlər deyir ki, bütün rayondaxili futbol üzrə çempionat uzun illər boyu bu stadionda keçirilib. Amam indi burada top qovmaq üçün əleyh-qaz geymək lazımdır. Şünki şoranlıqdan stadionda yaranmış tozun qalınlığı bir qarışdır. 

Rayonun idman həvəskarları, gənc futbolçuları da gileylənirlər ki, qonşu rayonlarda standarta uyğun, şəraiti olan stadionlar var:

“Amma həmin rayonlara getmək bizə maddi baxımdan o qədər də əlverişli deyil. Vaxt da itir yolda-izdə. Beləcə də futbola həvəs ölür və yeni nəsil də yetişmir. Axı Zərdabın niyə öz stadionu olmasın ki?”

Sakinlər digər rayonlarda olduğu kimi Zərdabda da yeni ot örtüklü və idmanla məşğul olmaq üçün hər cür  şəraiti olan stadionun tikilməsini və ya əsaslı təmir olmasını istəyirlər. 

Məsələni yerində araşdırmaq üçün üz tutduq Zərdab rayon Gənclər və İdman idarəsinə. İdarədən müsahibə verməsələr də şifahi olaraq bildirdilər ki, adı çəkilən stadion nazirliyin diqqətindədir və həmin stadion layihələndirilib və gələcəkdə əsaslı təmir olunması nəzərdə tutulur. 

Xəbəri dəqiqləşdirmək üçün nazirliklə də əlaqə saxladıq. Qurumun sözçüsü Qabil Mehdiyev Bizim.Media-ya bu istiqamətdə işlərin aparıldığını bildirdi:

“Zərdab rayonunda İdman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin, o cümlədən qeyd edilən stadionun təmiri məsələsi növbəti illərin proqramlarına daxil edilməsi üçün Gənclər və İdman Nazirliyi tərəfindən aidiyyəti üzrə təqdim edilib”. 

Amma bu cavabın vaxtı-vədəsi qeyri-müəyyəndir. Bu minvalla Zərdablılar hələ uzun müddət səbr etməli olacaqlar.

Aqil Əsədov, Bizim.Media















Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO