Dekabrın 11-i saat saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə məlumat daxil olub.
Bizim.Media Baş Prokurorluq və Daxili Ìşlər nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatına əsasən xəbər verir ki, aparılmış araşdırmalarla mübahisə 4 nəfər arasında baş verib. Belə ki, Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxan tanışları - 1994-cü il təvəllüdlü Niyazi Bayramov və 1986-cı il təvəllüdlü qardaşı Kamal Bayramova bıçaq xəsarətləri yetiriblər.
MÖVZU İLƏ BAĞLI:
DİN-dən Gəncədəki ölümlə nəticələnən kütləvi dava ilə bağlı AÇIQLAMA
K.Bayramov isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu öldürüb.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Niyazi və Kamal xəstəxanaya yerləşdirilib, stasionar şəkildə müalicəsi davam etdirilir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Bizim.Media