Ölkədə icbari tibbi sığorta ilə neçə ürək-damar əməliyyatı aparılıb?

Ölkədə icbari tibbi sığorta ilə neçə ürək-damar əməliyyatı aparılıb?

Hazırda oxunan: Ölkədə icbari tibbi sığorta ilə neçə ürək-damar əməliyyatı aparılıb?

108930

"Bu il müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində aparılan 16 632 ürək-damar əməliyyatının 184-ü uşaqlar üzərində aparılıb". 

Bizim.Media xəbər verir ki, bunu Kardiologiya Cəmiyyətinin XI Milli Konqresində çıxışı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

Zaur Əliyev ölkəmizdə artıq çətin ürək-damar xəstəlikləri ilə bağlı əməliyyatların keçirildiyini diqqətə çatdırıb. 

"M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində 18 yaşdan yuxarı şəxslər üzərində 394, uşaqlar üzərində isə 177 ürək əməliyyatı icra olunub. Artıq ölkəmizdə mümkün olmayan ürək-damar xəstəlikləri ilə bağlı əməliyyatlar ölkəmizdə də həyata keçirilir", - sədr deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO