Qəza keçirən meyxanaçı Namiqin oğlunun beynində şiş aşkarlandı – VİDEO

Qəza keçirən meyxanaçı Namiqin oğlunun beynində şiş aşkarlandı – VİDEO

Hazırda oxunan: Qəza keçirən meyxanaçı Namiqin oğlunun beynində şiş aşkarlandı – VİDEO

108916

Meyxanaçı Namiq Məna iki xoşagəlməz hadisə ilə üzləşib. 

Bizim.Media xəbər verir ki, bu barədə söz xiridarı qonaq olduğu “Xəzər axşamı” verilişində məlumat verib. 

Sənətçi bildirib ki, bir neçə gün əvvəl Sumqayıt şəhərində idarə etdiyi “Hyundai” markalı avtomobil ilə qəza keçirib. 

“Cavan oğlan idi, gəlib yan tərəfdən vurdu. Maşın pis hala düşüb. Avtomobildən heç nə qalmadı. İndi vermişəm düzəltdirməyə, görüm necə olur”, - deyə meyxanaçı vurğulayıb. 

Namiq həmçinin müğənni oğlu Mənanın beynindən əməliyyat olunduğunu da açıqlayıb:

“Bir ay əvvəl ağır stress keçirdim. Oğlum Məna əməliyyat olundu. Epilepsiya keçirdi. “Maqnit Rezonans Tomoqrafiya” (MRT) olundu. Məlum oldu ki, başında problem aşkarlanıb. Oğlumda “Meningioma” beyinin xoş xassəli şişi aşkarlandı. Endoskopik yolla burundan daxil olub həmin “meningioma”nı xaric etdilər. Həkim söylədi ki, telefon və kompüterlə oynamaqdan xoş xassəli şiş əmələ gəlib. Hazırda Məna özünü yaxşı hiss edir”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO