“NATO Ukraynada Rusiya ilə birbaşa müharibəyə qoşulmayacaq” – Politoloqun ŞƏRHİ 

“NATO Ukraynada Rusiya ilə birbaşa müharibəyə qoşulmayacaq” – Politoloqun ŞƏRHİ 

Hazırda oxunan: “NATO Ukraynada Rusiya ilə birbaşa müharibəyə qoşulmayacaq” – Politoloqun ŞƏRHİ 

108894

NATO-nun Baş katibi Yens Stoltenberq NRK televiziyasına müsahibəsində Ukrayna münaqişəsinin nəzarətdən çıxa biləcəyindən ehtiyat etdiyini bildirib. Baş katib qeyd edib ki, münaqişə Rusiya ilə Alyans arasında müharibəyə çevrilə bilər. 

Qeyd edək ki, bu günə qədər NATO Ukrayna müharibəsinə birbaşa qoşulmasa da, Kiyevə hərtərəfli dəstək verir. Bu gün Ukrayna Ordusunun əldə etdiyi silah-sursatın mühüm hissəsi məhz Qərbdən alınır. 
Lakin qurumda bəzi ölkələr çalışır ki, NATO Rusiya ilə birbaşa toqquşmaya girişsin. Eyni zamanda, Kiyev də bunda maraqlıdır. Bu yaxınlarda Ukrayna tərəfi Rusiyanın daxilinə raket zərbəsi endirməklə onun bir sıra hərbi obyektlərini məhv edib. Hansı ki, Ukraynanın bu hərəkəti ABŞ başda olmaqla Qərbdə tənqid edilib. Digər tərəfdən, bu yaxınlarda müharibə zamanı atılan raketlərin biri Polşa ərazisinə düşdü. Lakin buna baxmayaraq, həmin vaxt NATO hadisəyə sakit reaksiya verdi. 

Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev bidirir ki, NATO Ukraynada Rusiya ilə birbaşa müharibəyə qoşulmayacaq:

“Bu əslində Rusiya-Ukrayna müharibəsi deyil. Sözün əsl mənasında Qərblə Rusiya arasında gedən müharibədir. Bir müddət əvvəl İstanbulda ABŞ-Rusiya hərbçilərinin görüşü keçirildi.

Orada isə qarşılıqlı olaraq nüvə silahından istifadə edilməyəcəyi faktı təsdiqləndi. İki gün öncə Putin özü də bir daha təsdiqlədi ki, nüvə silahından istifadə edilməyəcək. Bu mənada düşünürəm ki, indiki məqamda Ukrayna qarşıdurmasnın NATO-Rusiya müharibəsinə çevrilməsi ehtimalı real deyil. Onsuz da hər iki güc Ukraynada öz hərbi gücünü sınaqdan keçirir. Ancaq birbaşa NATO-nun prosesə qoşulması inandırıcı deyil. Bu ehtimal aşağıdır. Rusiyanın silahları tükənir. Qarşıdan daha soyuq qış gəlir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO