Ötən gün TÜRKSOY-un 2022-ci il "Bursa-Türk mədəniyyət paytaxtı ili"nin rəsmi bağlanış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Şuşa Dövlət Qoruğu İdarəsinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin məlumatında bildirilir ki, mərasimdə mədəniyyət paytaxtının simvolunun Bursadan Şuşaya ötürüldüyü bildirilib.
Simvol Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş tərəfindən təhvil verilib.
TÜRKSOY-un baş direktoru Sultan Rayev, Türk Dövlətləri Təşkilatının baş direktoru Kubanıçbek Ömüraliyev, Bursa valisi Yakub Canbolat, Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş çıxışlarında zəngin tarixi və mədəni irsin beşiyi, dahi şəxsiyyətlərin vətəni, keçilməz qala olan Şuşanın "2023-cü il Türk dövlətlərinin mədəniyyət paytaxtı" elan olunmasını tarixin yeni və möhtəşəm səhifəsi adlandırıblar.
Çıxış edənlər bu hadisənin ümidverici, qürurlu və çox böyük önəm daşıdığını xüsusi qeyd ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:42 / 10.12.2022
Türk dövlətlərinin mədəniyyət paytaxtının simvolu ŞUŞAYA ÖTÜRÜLDÜ
Hazırda oxunan: Türk dövlətlərinin mədəniyyət paytaxtının simvolu ŞUŞAYA ÖTÜRÜLDÜ
Hazırda oxunan: Türk dövlətlərinin mədəniyyət paytaxtının simvolu ŞUŞAYA ÖTÜRÜLDÜ
108870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.